Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
SERİAL

Məhkəmə aktyorun istəyini qəbul edib

22-11-2021


Qalmaqallı şəkildə boşanan aktyor Conni Depp ilə Amber Hard arasındakı mübahisə bitmir.

Mtv.az xəbər verir ki, aktyor keçmiş həyat yoldaşının telefon qeydlərinin yoxlanılmasını tələb edib. Deppin vəkilləri Amberin yayımladığı zorakılıq fotolarının uydurma olduğunu bildirib. "The Sun" tərəfindən də dərc olunan materialların saxta olması səbəbindən Conni 50 milyon dollarlıq təzminat davası açıb. O, Amberin telefon zəngləri və yazışmalarının həqiqəti sübut edəcəyini açıqlayıb. Bu səbəbdən məhkəmə tərəfindən Conninin istəyini qəbul edilərək məlumatların araşdırılmasına razılıq verilib.

Xatırladaq ki, cütlük 2017-ci ildə boşanmaq qərarına gəliblər. Lakin Amberin ulduz haqqında irəli sürdüyü iddialar məhkəmə çəkişmələrinin qalmasına və aktyorun karyerasının zədələnməsinə səbəb olub.

181 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti