Aktrisa 15 illik evliliyə son qoydu

On beş ildir ailəli olan aktrisa Tori Spellinq ilə həyat yoldaşı, aktyor Din Makdermott ayrılıb.
Mtv.az xarici mediaya istinadən xəbər verir ki, cütlük bu ilin əvvəlindən etibarən bu addımı atmağa qərara alıb. Aktrisanın bu yaxınlarda telefonda övladlarının qəyyumluğu və aliment məsələləri ilə bağlı əsəbi formada danışıq apardığı müşahidə olunub.
Torrinin yaxınları "Page Six"ə açıqlamalarında aktrisanın bu addımı illər əvvəl atmadığına təəccübləndiklərini açıqlayıblar. Onlar ümumiyyətlə Dinlə münasibətdə olmaqdan məmnun olmadıqlarını etiraf ediblər.
Aktrisanın bir müddətdir rəfiqələri ilə əlaqəni kəsdiyi də diqqətdən yayınmayıb.
Xatırladaq ki, 2006-cı ildə boşanan Tori həmin ərəfədə Dinə ərə gedir. Onların bu evlilikdən Stella, Hatti, Liam, Bo və Finn adlı beş övladı var.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
