Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
SERİAL

Aktyor 3 yaşlı qızını heç vaxt görməyib

02-11-2021


Aktyor Ouen Uilsonun keçmiş sevgilisi Varuni Vonqsvirates onun haqqında qalmaqallı iddialar irəli sürüb.

Mtv.az xəbər verir ki, "Daily Mail" qəzetinə danışan Varuni atasının 3 yaşlı qızını heç vaxt görmədiyini açıqlayıb. O, balaca qızı Laylanın atasına ehtiyacı olduğunu vurğulayıb:

"Bu yaxınlarda qızım Laylanın üçüncü doğum gününü qeyd etdik. Ouenə qızını görməsi üçün yalvardım. Amma o bununla bağlı heç bir şey etmədi. Düzdür, maddi dəstək verdi, lakin bu kifayət deyil. Laylanın bir ataya ehtiyacı var. Ouenin filmlərində həmişə ata rollarını oynaması, amma həyatda qızı ilə görüşməməsi o qədər ironikdir ki".

Xatırladaq ki, Varuni hamilə olduğunu deyəndə aktyor ona inanmayıb və DNT analizi tələb edib. Ouen qızını qəbul etməsə də, testin nəticəsi Laylanın onun qızı olduğunu təsdiqləyib.
 
Aktyorun bundan başqa keçmiş münasibətlərindən 10 və 7 yaşlarında iki oğlu var. Heç vaxt rəsmi nikah bağlamayan Ouen onlarla tez-tez görüşür.

178 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti