"Sərdar Ortaç mənə "ana" deyirdi..."
İrem Derici ilə sevgilisi ayrıldılar
Modelyer məhkəməni uduzdu
Şakiraya çöl donuzları hücum edib - foto

Facebook instagram Twitter Youtube
PREMYERA

Azərbaycan “Avroviziya-2022”də təmsil olunacaq

12-10-2021


Gələn il İtaliyada keçiriləcək “Avroviziya-2022” mahnı müsabiqəsində ölkəmizin iştirakı təsdiqlənib.

Mtv.az xəbər verir ki, İctimai Televiziya və Radio Yayımları Şirkətindən verilən məlumata görə, gələn ilin mayında baş tutacaq bu müsabiqədə ölkəmizi kimin təmsil edəcəyi hələlik müəyyən edilməyib.

Müsabiqənin İtaliyanın hansı şəhərində baş tutacağı da məlum deyil.

Hazırda bunun üçün namizəd şəhərlər var, lakin yekun qərar verilməyib.

Dünyanın ən baxımlı mahnı müsabiqəsi olan “Avroviziya”nın Azərbaycanda rəsmi yayım hüququ İctimai Televiziya və Radio Yayımları Şirkətinə məxsusdur.

“Avroviziya-2022” mahnı müsabiqəsinin Azərbaycan üzrə nümayəndə heyətinin rəhbəri tanınmış bəstəkar və prodüser İsa Məlikovdur.

16 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti