Aktrisanın evinə basqın edilib
Dua Lipa kamera qarşısına keçib-foto
Zendayanın sentyabr fotosessiyası
Sərdar Ortaç kəndə köçür

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Oksana İdarə Heyətinin üzvü seçilib

31-05-2023


Azərbaycan Prodüserlər Gildiyasının İdarə Heyətinin üzvləri müəyyənləşib. Mtv.az xəbər verir ki, üzvlər arasında rəqqasə-aktrisa Oksana Rəsulova da yer alıb. Bu barədə o, özü məlumat yayıb. Oksana bildirib ki, ötən gün iclas keçirilib. İclas zamanı gildiyaya sədr və üzvlər təyin edilib ki, onlardan biri də sənətçi özü olub. Xatırladaq ki, Azərbaycan Prodüserlər Gildiyası 2012-ci ildə 15 dövlət və qeyri-dövlət təşkilatı tərəfindən təsis edilib və ilk sədri Müşfiq Hətəmov olub. Gildiyanın əsas məqsədləri milli kinematoqrafın inkişafına dəstək, onun müasir texnika ilə təmin edilməsi, bu sahədə mütəxəssislərin hazırlanması, televiziya, yayım, kinoteatr, internet şəbəkələri ilə əməkdaşlığın qurulması, milli filmlərin xaricdə nümayişi və satışının təmin edilməsi, ekran əsərlərinin festivallarda iştirakına dəstək, müəlliflik və mülkiyyət hüquqlarının təmin edilməsindən ibarətdir.



49 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti