Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Günel aktrisa ilə mübahisə etdi

14-02-2023


Türkiyəli aktrisa-aparıcı Yeliz Yeşilmənlə müğənni Günel Zeynalova arasında mübahisə yaşanıb. Mtv.az xəbər verir ki, buna səbəb türk mediasında Günelin estetikləri ilə bağlı yayımlanan xəbər olub. Günelin "Şişirdiləcək qədər estetik yoxdur, balaca toxunuşlar edilib" sözlərinə Yeliz reaksiya verib. O, "Burun, dodaq, diş, yanaq var. Düşünürəm ki, böyük bir şey deyil, xırda toxunuşlar" yazaraq, gülmə işarəsi qoyub və Güneli ələ salıb. Günelin qarşı tərəfə cavabı da gecikməyib. Müğənni Yelizin şərhinə "Bəli, Yeliz, sonuncu dəfə məni görəndə "Nə qədər gözəlləşmisən" deyib, maşallah söyləmişdin. Kaş orada üzümə, dişlərimə tam baxardın, deyərdim sənə nələr etdirdiyimi. Saxta səmimiyyətləri dərk etmək yaşımdayam. Sənə də sevgilər" cavabını verib. "Canım, səni hər zaman gözəl hesab etmişəm. Şərhimi yanlış anlama, səni üzəcək heç bir şey yoxdur. Nəticədə uşaqlığınla hazırki görünüşün arasında çox fərq var. Amma bu gözəl bir estetik, dəyişiklik. Bunu niyə açıq demirsən ki, burada pis bir şey yoxdur. Bir az ortadadır hər şey", - Yeliz ifaçının sərt sözlərinə reaksiya verib.



50 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti