Reperin öldürüldüyü avtomobil satılır-foto
Yıldız Tilbe peyvənd olundu
Model eşq iddialarını yalanladı
Məşhur cütlük rekorda imza atıb - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Hadisə həmkarını müdafiə etdi

27-07-2021


Müğənni Gülşənin müzakirələrə səbəb olan geyiminə həmkarlarından dəstək mesajları gəlməkdə davam edir. Mtv.az xəbər verir ki, bu dəfə Hadisə ona dəstək çıxaraq paltarını qınayanlara sərt mövqeyini bildirib: "Bir səhnə geyimi üçün belə qəribə və hədsiz şərhlər edilirmi? Edilirmiş, gülməlidir... Bizi dayandırmağa heç birinizin gücü çatmaz. Əxlaqsızlıq geyimimizdə deyil, başınızdadır. Heç kim bir paltarı bəyənmək məcburiyyətində deyil. Çox seksual olduğunu, şişirdilmiş hesab edə bilərsiniz. Hər kəsin fikri var və hamımız sərbəst şəkildə öz şərhlərimizi bildirə bilərik. Amma heç kim bir qadına geyiminə görə belə sözlər deyə, analığı və yaşı ilə bağlı incidə və ya təzyiq edə bilməz. Heç bir kişi sənətçinin geyiminə belə amansızlıqla münasibət bildirdiyinizi görə bilmərik. Hamımız bilirik ki, kişi sənətçilərin çoxu səhnəyə biz qadınlar kimi hazırlanmadan çıxır! Buradan mənim, Gülşənin və digər qadın həmkarlarımın səhnə geyimlərinə hədsiz şərh bildirənlərə deyəcək tək bir cümləm var. Sizə nə?"

29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti