Reperin öldürüldüyü avtomobil satılır-foto
Yıldız Tilbe peyvənd olundu
Model eşq iddialarını yalanladı
Məşhur cütlük rekorda imza atıb - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Müğənni aparıcılıq edəcək

22-07-2021


Müğənni Demet Akalın mübahisə yaşadığı həmkarı Seda Sayanın aparıcılığından ayrıldığı "Gelinim mutfak" heyətinə qatılıb. Mtv.az xəbər verir ki, bu barədə sosial media hesabında yazan Demet proqramın yeni aparıcısı olacaq. Uzun müddətdir Alişanla "Star TV"də səhər proqramı aparan Akalın yay aylarında konsertlərə gedəcəyi üçün verilişin final etdiyini açıqlayaraq ekranla vidalaşıb. Bundan sonra Seda "Kanal D" ekranlarında yayımlanan "Gelinim mutfak" proqramından ayrılaraq "Star TV"yə transfer olub. Bu da iki məşhurun arasındakı münasibətin soyumasına gətirib çıxarıb. Demet proqramın bitdiyini açıqladığı həftə kanalın Sayanla müqavilə bağlamasına sərt reaksiya vermişdi: "Cümə günü proqramın sonunda komanda ağlayarkən "mən başlayıram" deyə mesaj göndərdin. Cənazə evinə davullarla getməzlər. Son açıqlamam, amma məni səninlə yanaq-yanağa görə bilməzlər". Haqqında Demetlə Alişanın çörəyi ilə oynadığı iddiaları çıxan Seda Sayan da səssizliyini belə pozmuşdu: "50 dəfə dedim, bir daha söyləyəcəyəm, daha soruşmasınlar. Mən heç kimin çörəyi ilə oynamadım, oynamaram da. Bir daha danışmağa məcbur etməyin məni. Bunu bilən bilir, bilməyənlər də öyrənsin. Televiziya ilə müqaviləniz bitmişdi. 1 həftə əvvəl soruşduğumda problem yoxdur, razılaşa bilərsən mesajın əlimdədir. Gülməli olmayın. Sizi işdən çıxarmadılar, müqaviləniz bitdi". Xatırladaq ki, veriliş üstündə başlayan mübahisənin ardından D.Akalın həmkarını, daha sonra isə S.Sayan müğənnini İnstaqramdan silib.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti