Reperin öldürüldüyü avtomobil satılır-foto
Yıldız Tilbe peyvənd olundu
Model eşq iddialarını yalanladı
Məşhur cütlük rekorda imza atıb - foto

Facebook instagram Twitter Youtube
PAPARAZZİ

Müğənninin tələbini məhkəmə rədd edib

13-07-2021


Los-Anceles məhkəməsi müğənni Britney Spirsin vəkillərinin onu atasının vərəsəliyindən uzaqlaşdırılması tələbini rədd edib. Mtv.az xəbər verir ki, bu barədə "Variety" nəşri məlumat yayıb. 2020-ci ilin noyabrında hakim Britninin "Bessemer Trust" adlı özəl maliyyə şirkətində söz haqqının dayandırılmasına qərar verib. Bundan sonra vəkillər Ceymi Sprisin qızının qəyyumluğunu dayandırmasını istəyib. Bir neçə gün əvvəl Britni hakim qarşısına çıxaraq, atası ilə bağlı açıqlama vermiş, çəkdiyi ağır günlərdən danışmışdı. Amma onun məhkəmədə verdiyi ifadələr nəzərə alınmır. Xatırladaq ki, pop kraliçası narkotik aludəçiliyi səbəbi ilə xəstəxanaya yerləşdirildiyi 2008-ci ildən bəri atasının himayəsindədir. Qəyyumlar onun həyatı, karyerası və maliyyə vəziyyətinə tam nəzarət edirlər. Britni özü bu yaxınlarda mövcud vəziyyətə görə acınacaqlı halda olduğunu və başqa bir uşaq dünyaya gətirmək istədiyini, lakin buna icazə ala bilmədiyini açıqlayıb.

43 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti