PAPARAZZİ
Kanye Uest Kim Kardaşyanı boşayır
13-01-2021

Amerikalı realiti-şou ulduzu Kim Kardaşyanla milyonçu əri, repçi Kanye Uest boşanmaq qərarı alıblar.
Mtv.az xəbər verir ki, cütlüyə yaxın mənbənin sözlərinə görə, onlar artıq ayrılmaq üçün vəkillərlə görüş də keçiriblər:
"Kanye həyat yoldaşı və onun ailəsinin ulduzluq həyatından bezib. O, artıq tək yaşayır. Boşanmaya əsas səbəblərdən biri də onların Kasablankadakı 60 milyon dollarlıq malikanəsidir. Kardaşyan villanın ona və uşaqlarına qalmasını istəyir".
Xatırladaq ki, cütlük 2014-cü ildə İtaliyada evlənib. Onların bu nikahdan dörd övladı var. Kim bundan əvvəl 2 dəfə evliliyini sonlandırıb.
254 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
