Aktyor reklam qiymətlərini artırıb
Şilo yeni imici ilə seçilib - foto
Hollivud ulduzu karyerasını bitirir
Model ilə reper yenidən ayrılıb

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

Xalq artisti formada qalmaq üçün yemək yemir

24-01-2023


Xalq artisti Brilliant Dadaşova formada qalmaq üçün yemək yemədiyini açıqlayıb. Mtv.az zəbər verir ki, B.Dadaşova mətbəxə az girdiyini deyib: "Evdə Faya adlı bir köməkçim vardı. Ona deyirdim ki, elə edin ki, mətbəxə gəlməyim. Çünki görəndə ki, o oğlum Cahad üçün nəsə bişirib, mən də yemək istəyirdim. Yeməyi çox sevirəm. Amma səhnə üçün özünü qorumaq lazimdır. Cahad saat 16:00-dan sonra heç nə yemir. O idman edir. Mən davamlı pəhrizdəyəm. Amma həyat yoldaşım yemək yeyir. Hər zaman deyirəm ki, kim səhnədə deyilsə, yeyin-için, kef edin. Bu mözvzuda isə qayda-qanunlarım var". Oğlu Cahadı evləndirmək istəyindən danışan Dadaşova toya az adam çağıracağını bildirib: "Oğlum toyla bağlı məsələləri danışmağı xoşlamır. Ona deyəndə ki, sənin toyunda filankəs oxuyacaq, filankəsi çağıracayıq, sevmir. Deyir ki, evlənəndə çox qonaqlara ehtiyac yoxdur. Özümüz və 10-15 nəfər olsun, bəsdir. Seçəcəyi xanım onun ürəyincə olmalıdır. İntellektual cəhətdən onlar bir-birinə maraqlı olmalıdırlar. Anası işdə-gücdə olub ki, gəlin də belə olsun? Mən, həyat yoldaşım və oğlum həddən artıq təmizkarıq. Heç zaman vaxtım olmayıb ki, qalxıb hansısa ev işlərini görüm. Hər zaman sənətimlə bağlı işdə-gücdə olmuşam. Hər zaman da evdə köməkçimiz olub. Amma bu o demək deyil ki, bizə işdə-gücdə gəlin lazımdır. Yox. Cahad özü baxıb, seçim etsin".

28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti