Hadisə geyiminə görə tənqid hədəfi olub - foto
Bülənt Ərsoyun həyatından film çəkiləcək - foto
Aktrisa Berlində teatr açmaq istəyir
Hollivud ulduzu yeni eşqə düşüb - foto

Facebook instagram Twitter Youtube
MÜSAHİBƏ

"Bəzən səhnəyə təhsilsizlər çıxır" - Xalq artisti

30-11-2022


"Mən və bacım Fidan xanım (Xalq artisti Fidan Qasımova - red.) təhsilə böyük diqqətlə yanaşmışıq. Bəzən səhnəyə təhsilsizlər çıxır. Biz buna cəsarət etməzdik. Birincisi, sən özünü güvənli hiss edirsən, heç nədən çəkinmirsən, məsuliyyəti hiss edirsən. Nə zaman demək, nə zaman susmaq lazımdır anlayırsan". Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Xuraman Qasımova televerilişin birində deyib. Opera ifaçısı "Deyirsiniz ki, bacımla məqsədimiz Azərbaycan mədəniyyətini tanıtmaq idi" sualına belə cavab verib: "Onlar daha çox özlərini tanıtmaq istəyirlər. Deyə bilmərəm hamısı. Gənclərə deyirəm ki, bu, heç də asan məslək deyil. Başlayanda düşünmürdüm ki, sənəti fəth edəcəm, qazandığımız nailiyyətlər, uğurlar bizə nə verəcək. İndi səhnədə elə qəribə adamlar görürsən ki...". X.Qasımova "Estrada ifaçılarını götürsək, səhnə var? Səhnə artıq restoranlarda, toyxanalarda deyilmi" sualına belə reaksiya verib: "İndi bu sualları cavablandırsam, məni top, tüfəngə tutarlar. Baxın, görün aparıcılar nə kimi hərəkətlərə yol verirlər, kimi tərifləyir, kimi söyürlər? Əvvəl televiziya az idi, amma aparıcılar bilirdi kimi çağıranda nə danışacaqlar. Biz indi nadir halda verilişə qatılırıq, bilmək istəyirik qarşımızda kim olacaq. Buna haqqım var ki, soruşum. Elə səviyyəsiz, yalan danışan, doğru bilgi verməyən, tamaşaçıya gerçəyi çatdırmayan, musiqi tarixini dəyişənlər var ki... Musiqi haqqında biliyi olmayan gəncləri çağırır söhbət edirlər. Sən nə bilirsən Niyazi nəyi sevirdi, necə hərəkətlər edir? Niyə onu qəddar və sərt insan kimi tanıyırlar? Axı o, elə deyil, siz onlarla elə söhbət etməmisiniz. Niyə belə şeylər danışırsınız?" Opera ifaçısı hazırda gündəmdə olan ifaçılardan danışaraq tənqid edib: "Biliksizlikdən, mədəniyyətsizlikdən irəli gəlir. Daxili aləmi boşdur. Bunlar hamısı mədəniyyətdir: gəzmək, yemək, baxış. Bəzən aparıcılar onları o qədər tərifləyirlər ki... Dünən çıxan ifaçı haqda elə yazırlar ki, deyir, böyük musiqiçiyəm, hər yerdə tanınıram. Axı səni kiçik bir çevrə tanıyır". İfaçı sosial şəbəkələrdə qadınlarla bağlı yayılan videolardan, avtobusda qadının davasından bəhs edib: "O, artıq Azərbaycan qadını deyil. Tərbiyədən, savadsızlıqdan... Qadınlarımız dəyişib, artıq onları tanımıram. Bizim Həcərimiz, Nigarımız, Natavanımız olub... Şövkət Ələkbərovanı səhnədə görmüşük, örnək olub. Siz nə vaxt onları "cıncıxlı-mıncıxlı", hərəkətli görmüsüz".

28 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti