MÜSAHİBƏ
Xalq artisti əri ilə barışdığı üçün tənqid olunub
13-05-2022

Xalq artisti Naibə Allahverdiyeva efirdə həyat yoldaşı ilə barışmasına görə tənqid edilməsindən danışıb. Mtv.az xəbər verir ki, aktrisa izləyicilərin əksəriyyəti onun ünvanına mənfi rəylər yazıblar: "Yoldaşımla barışdım. Efirdə olan həmin hadisədən sonra mənə nələr yazdılar. Gözəl təbliğat idi, ailə dağılmamasına məsləhət verdik. İnsan ailədə bağışlamağı bacarmalıdır. Yazırlar ki, 50 yaşı var, nə edir. 50 yaşı keçəndən sonra yaşına, başına bax, yaraşmır. 50-dən keçən insan ölməlidir? Əksinə daha gözəl yaşamalıdır".
23 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May
26 May