GÜNDƏM
Aygün öz brendini yaradır
17-01-2022

"Qısqanclıqdan keçib, o vaxtlar geridə qaldı. Bundan hamı keçib, təkcə mən yox. Bütün sənət dostlarımın başına gəlib".
Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Aygün Kazımova deyib.
Müğənni "Sizi məişət qadını kimi təsəvvür etmirəm" sualına "Az müddətdə məişət qadını olmaq istədim. 105 kiloqram oldum, viddən də çıxdım" cavabını verib.
O, sevgidən bəhs edib. "24 saat sevirəm. Sevgisiz nə danışırsınız? Verilişə gəlirəm, burada çalışan komandanı sevirəm" deyə, müğənni bildirib.
Aygün öz brendini yaradacağını da etiraf edib: "Heç bir biznesim yoxdur. Amma artıq qərara gəlmişəm, geyimlə bağlı bir iş görəcəm. İdman tərzində geyim kolleksiyası buraxacam".
63 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 May
26 May