Arıqlamağınıza kömək edən içkilər

Yay mövsümü yaxınlaşdıqca qadınların gündəmdə olan problemlərindən biri də artıq çəkilərdən azad olmaqdır.
Muztv.az həm susuzluğunuzu, həm də artıq çəkilərdən azad olmağınıza kömək edəcək içkiləri təqdim edir.
1. Tərəvəz şirəsi
1 ədəd xiyar
1 ədəd cəfəri
1 ədəd limon
Rəndələnmiş zəncəfil
1 stəkan su
Yuxarıdakı ərzaqları şirəçəkən maşında qarışdırın və 1 ay mütəmadi olaraq hər axşam qəbul edin. Daha sonra 1 həhtə ara verərək davam edə bilərsiniz.
2. Tərəvəz və limon suyu
1 ədəd limon
2 ədəd xiyar
1 ədəd portağal
İstədiyiniz qədər bal və nanə
1 litr su
Xiyarın birinin suyunu sıxın, digərini isə doğrayın. Portağal və limonun da suyunu sıxdıqdan sonra üstünə su əlavə edin və istəyinizə uyğun bal, nanə əlavə edin.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
