Qara nöqtələrdən xilas olmaq üçün maska

Üzdə olan qara nöqtələr dərinin piy toxumasında tozların, kirlərin yığılması və kök salması nəticəsində əmələ gəlir. Dəridə olan tük köklərinə və xırda çökəkliklərdə yığılıb qalan kirlər, zaman keçdikcə öz tərkibini və rəngini dəyişərək qara nöqtələrə çevrilir.
Muztv.az sizə ev şəraitində qara nöqtələrdən xilas olmağın yollarını təqdim edir.
Maskaların hazırlanma qaydası:
1. 4-5 həb aktivləşdirilmiş kömür tam əzilib toz halına salınır. Üzərinə 1 yumurtanın ağının yarısı əlavə edilib yaxşı qarışdırılır. Maska üzə sürtüldükdən 20-25 dəqiqə sonra nazik pərdə kimi soyulub çıxarılır.
2. Eyni sayda aktivləşdirilmiş kömürü toz halına saldıqdan sonra üzərinə yumurta ağı və az miqdarda şəkər tozu əlavə edilib qarışdırılır, üzə sürtülür.
3. Qara gildən hazırlanmış maska da üzdəki qara nöqtələrdən xilas olmaqda yardımçı olur.
4. Bir neçə aktivləşdirilmiş kömür həbi əzilib toz halına gətirildikdən sonra üzərinə az miqdar süd və 1 çay qaşığı jelatin əlavə edilib isidilir, üzə sürtülür.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
