Gözəlləşmək üçün effektli vasitə

Pivə mayası faydalı müalicə məhsuludur. Pivə ilə müqayisədə onun tərkibində spirt yoxdur və bu səbəbdən mayanı həm böyüklər, həm də uşaqlar qəbul edə bilər.
Muztv.az xəbər verir ki, bir çox faydaları olan bu maya gözəlləşmək üçün də yararlıdır. Onu daxilə qəbul etdikdə və ya maskaların tərkibinə əlavə etdikdə gözəl nəticələr almaq mümkündür.
Pivə mayası apteklərdə toz, qranullar və həblər şəklində satılır və onu qablaşdırmanın üzərində olan təlimata uyğun qəbul etmək lazımdır. Həb şəklində olan pivə mayası gündə 3 dəfə yeməkdən sonra 2 həb olmaqla qəbul olunur. 3-12 yaş arası uşaqlar üçün - 1 həb. Maya 1 ay ərzində qəbul edilir.
Nəzərə almaq lazımdır ki, pivə mayası bəzən allergik reaksiyalara və həmçinin köp və ishala səbəb ola bilər. Bu halda pivə mayasının qəbulunu dayandırmaq lazımdır.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
