Gözəl ayaqlara sahib olmaq üçün maska

Xanımlar gözəl bədən quruluşuna sahib olmaqla yanaşı, həm də arıq, düz ayaq da arzusunda olurlar.
Muztv.az-ın xarici mətbuata istinadən xanımları qısa zamanda kök və sallanmış dərili ayaqdan xilas edəcək pəhrizi təqdim edir:
2 qutu qurudulmuş dəniz kələmini 2 litr, 60-70 dərəcəli suda 1 saat saxlayıb, kələmi tənzifdən keçirin. Kələm maskasını baldırlara və budlara çəkmək və polietilen müşənbə ilə sarımaq lazımdır. Ayaqlara isti şərf bağlayıb, 1 saat gözləmək kifayətdir ki, sallaq dəri yığılıb, öz gözəlliyini yenidən bərpa etsin.
5 çay qaşığı üzüm sirkəsi, 1 çay qaşığı bal və 2 çay qaşığı qidalandırıcı kremi qarışdırın. Maskanı bud və baldırlara çəkib, 15 dəqiqə saxlamaq lazımdır. Bu məhlul sauna effektini verib, sellüliti əridib, dərini hamarlaşdıracaq.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
