GÖZƏLLİK
Adriana yenidən podiuma çıxıb - foto
25-01-2023

Brazilyalı supermodel Adriana Lima oğlunu dünyaya gətirəndən 3 ay sonra yenidən podiuma çıxıb. Mtv.az xəbər verir ki, "Qatar Fashion United by CR Runway" çərçivəsində geyimləri nümayiş etdirən supermodelin fotoları sosial media seqmentində müzakirələrə səbəb olub. İzləyicilərin çoxu onu tanımaqda çətinlik çəkdiklərini bildiriblər. Bəziləri isə ana olduqdan sonra Adriananın dəyişməsini normal qarşılayıblar. Xatırladaq ki, üçüncü övladının atası modelin prodüser sevgilisi Andre Lemmersdir. A.Limanın ilk evliliyindən daha iki qız övladı var.






69 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
2 İyun
1 İyun