Məşhurların incə qalma sirləri

Hər gün idman zalını ziyarət edən ulduzlar az deyil. Onlardan bəziləri əsl idman həvəskarları olsa da, digərləri bunu yalnız formada qalmaq üçün edir.
Mtv.az məşhurların fit və incə qalmasına kömək edən bəzi məşqləri təqdim edir.
Cenifer Lopez
52 yaşlı ifaçı demək olar ki, hər gün idman zalında məşq edir və qidalanmasını nəzarətdə saxlayır.
O, 50 ayaq bükmə, bir o qədər qolları başın yuxarı hissəsinə qədər qaldırma, qarın əzələləri üçün 50 dəfə əlləri barmaq uclarına toxundurma hərəkəti edir. O, eyni məşqləri 35, daha sonra 21 dəfə olmaqla iki yerə bölərək yerinə yetirir.
Helli Berri
Keçmiş model, aktrisa Helli kikboksinq həvəskarıdır. Qızı Nal dünyaya gəldikdən sonra o, idmanla cəmi bir neçə həftə sonra yenidən formaya qayıdıb. Holli həftədə beş gün bir saat məşqlərə vaxt ayırır. Onun məşq proqramında əsas diqqət ayaq və qarın məşqlərinə yönəldib.
Aktrisanın kikboksinq məşqindəki əsas hərəkət isə bundan ibarətdir. Ayaqlarınızı çiyin genişliyindən ayrı qoyun və dizlərinizi bir az bükün. Sonra sağ ayağınızı sinənizə qaldırın və ayağınızı irəli düzəldin. Ayağınızla xəyali hədəfə vurun. Hər ayağı növbə ilə hərəkət etdirin.
Polina Qaqarina
Rusiyalı müğənni Polina Qaqarin ilk hamiləliyindən sonra çəkisi 80 kiloqramdan çox olub və uzun müddət arıqlaya bilməyib. O, hazırsa çox aktiv həyat tərzi keçirir və şəxsi məşqçi ilə çalışır. Onun sevimli məşqlərindən biri yerə çömbəlməkir. Bunun üçün ayağa qalxmalı, sonra sağa bir addım atmalı və yerə paralel olaraq oturmalısınız. Bundan sonra, qalxmalı və sol tərəfə bir addım atmalısınız.
Hilari Svank
Amerikalı aktrisa "Milyon dollarlıq qız" filmindəki boksçu roluna görə hər gün gündə iki saat məşq edib. Güc məşqləri ona arxa və qol əzələlərini formaya salmaqda yardımçı olub. Bunu isə yuxarı çəkmə məşqlərinə borcludur. Bunun üçün hərəkəti yerinə yetirərkən bədəni sabit saxlamaq üçün ayaqları düzgün çarpazladığınızdan əmin olun. Ovucları sizə tərəf baxacaq şəkildə çubuğu tutun. Çənəniz çubuqla bərabər olduqdan sonra yavaş-yavaş başlanğıc vəziyyətinə qayıdın, kəskin aşağı düşməyin.
Adel
Gözə çarpacaq dərəcədə arıqlayan məşhur britaniyalı müğənni bir sıra məşqlər və qidalanma sayəsində arıqlayıb. Ulduzun sözlərinə görə, idman ona təkcə çəki atmaqda yox, boşandıqdan sonra yaranan depressiyanın öhdəsindən gəlməkdə də kömək edib.
Adelin müntəzəm olaraq etdiyi idman isə pilatesdir.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
