Hindistanlı dünya gözəli seçildi - foto

İsraildə "Kainat gözəli" yarışmasının finalı baş tutub. Mtv.az xəbər verir ki, 70-ci dəfə keçirilən gözəllik yarışmasında Hindistan təmsilçisi Harnaaz Sandhu birinci olub. 21 yaşlı Sandhu bu günə qədər yarışmada "Kainat gözəli" seçilən üçüncü hindistanlı olub. Ondan əvvəl özügedən titula 1994-cü ildə aktrisa Suşmita Sen, 2000-ci ildə isə model Lara Dattı layiq görülüb. Yubiley gecəsində Cənubi Afrikadan olan təmsilçi Lalela Msvane, üçüncü isə Paraqvaydan olan təmsilçi Nadia Fereqyra olub. İlk Top 5-liyə Filippin və Kolumbiya təmsilçisi də daxil olub. Dünyanın ən gözəl qızı qadın haqlarının qorunması ilə bağlı tədbirlərin aktiv iştirakçısıdır. O, yoqa, şahmat, rəqslə məşğul olur. Müsabiqədən sonra o, Nyu-Yorka gedəcək və dünyada xeyriyyə tədbirlərinin iştirakçısı olacaq.





Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
