Britni başqası ilə göründü - foto
Nigar retro tərzində geyim seçib - foto
Müğənni əməliyyat etdirdiyini etiraf edib
İrinanın yarıçılpaq şəkilləri

Facebook instagram Twitter Youtube
GÖZƏLLİK

Aktrisanın qızı model oldu - foto

17-11-2021


Aktrisa Milla Yovoviç və rejissor Pol Andersonun 14 yaşlı qızı Eva Anderson model olmaq qərarına gəlib. Mtv.az xəbər verir ki, Eva Parisdə təşkil olunan son moda təqdimatlarına qonaq kimi qatılsa da, artıq "Miu Miu" brendinin geyimlərində qırmızı xalçaya çıxır. İlk təqdimat Evanın 14 yaşı tamam olduğu tarixə təsadüf edib. Bu barədə Milla instaqram səhifəsində paylaşaraq, ona arzularını yazıb: "Bu il mənim üçün xüsusilə həyəcanlı oldu. O, bu il mənim etibarımı daha çox qazandı. Xeyr, otağı hələ də səliqəsizdir və onun üçün qab-qacaq yumaq demək olar ki, mümkün deyil, amma o, hər gün işə gedib-gələn, ssenari oxuyan bir qıza çevrilib. O, dincəlmək üçün gitara ilə məşq edir və bir neçə gündən bir kitab oxuyur. Heç vaxt kiməsə xoşagəlməz söz deməz. Ona smartfondan istifadə ilə bağlı qadağalar qoyanda anlayışla qarşıladı və bizə nifrət etdiyini demədi. O, çox yaxşı uşaqdır". Xatırladaq ki, Eva daha əvvəl moda jurnallarında rol alıb. 9 yaşında uşaq "Vogue" jurnalında, 11 yaşında isə "Jalouse" dərgisində debüt edib.



171 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti