İslamı qəbul edən model yeni sevgili tapıb

İslam dinini qəbul edən rusiyalı model Anastasiya Reşetovanın yeni sevgilisi olduğunu ortaya çıxıb.
Mtv.az xəbər verir ki, bu barədə “Secular Chronicles” teleqram kanalı məlumat yayıb. Modelin iş adamı, Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin böyük nəvəsi Nurəli Əliyevlə münasibətdə olduğu bildirilib. Cütlük Nur-Sultanda (Qazaxıstanın paytaxtı) dəfələrlə birlikdə görüntülənib.
Anastasiyanın bir müddət əvvəl məhz onun sayəsində islamı qəbul etməsi də iddialar arasında yer alır.
Xatırladaq ki, Anastasiya bir zamanlar reper Timati ilə sevgili olub. Cütlüyün bu münasibətdən Ratmir adlı oğlu var.
Nurəli isə "Forbes" jurnalına görə Qazaxıstanın 50 ən zəngin iş adamı siyahısına daxil edilib və onun sərvəti 195 milyon dollar qiymətləndirilir. İş adamı evlidir və dörd övladı var.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
