Əzvay ilə səpkilərdən xilas olun

Əzvay (Aloe) bitki gözəlliyin sirrlərini özündə toplayıb. Bu bitki vasitəsi ilə yalnız saçlarınıza deyil, dərinizə də qulluq edə bilərsiniz. Əzvay təkcə dərinizi yeniləmir, eyni zamanda zədə almış bölgələri də bərpa edir. Aloe tərkibli kosmetik vasitələrdən istifadə etməkdənsə, jel halında satılan təbii əzvaya üstünlük verin.
Muztv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əzvay yarpağını alın və onun üstündəki yaşıl örtüyü soyun. Yaşıl örtüyün içərisində sulu maddəni (Jel) götürün və səpkili hissələrə vurun. Yarım saat gözlədikdən sonra üzünüzü ilıq su ilə durulayın. Gündə iki dəfə bu üsuldan istifadə edərək, gün içərisində müsbət nəticəsini görəcəksiniz. Sadəcə səpkilərə yox, dərinizi parlaq etməyə və məsamələri sıxlaşdırmağa da kömək edəcək.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
