Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
FİLM

Aktyor üzləşdiyi çətinliklərdən danışıb

03-03-2023


Məşhur amerikalı Brendan Ceyms Freyzer karyerasının əvvəlində üzləşdiyi çətinliklərdən danışıb. Mtv.az xəbər verir ki, 1990-cı illərdə “Mumiya” və “Cəngəllikdən olan Corc” filmlərinin ulduzu ən yüksək qonorar alan məşhurlardan biri olub. Ekran işlərinin çəkilişləri zamanı kaskadyorlardan istifadə etməyən aktyor tez-tez xəsarətlər alıb ki, bu da onun sağlamlığına mənfi təsir göstəririb. Freyzerin sözlərinə görə, buna görə də tez-tez bədənində şiddətli ağrılar yaşayıb. Maraqlı məqamlardan biri isə ulduzun uzun müddət özünə nifrət etməsi olub: "Özümə uzun müddət nifrət etmişəm. Düşünürdüm ki, şüuraltı özümü cəzalandırılmağa layiqəm. Yəqin bunu ona görə edirdim ki, özümə zərbəni ilk vuran şəxs olum". Aktyor əlavə edib ki, əvvəlki kimi əzələli bədən quruluşuna malik olmaması ilə barışıb və hazırda tənqidçilərin 30 illik karyerasında ən yaxşısı hesab etdikləri mürəkkəb rollara dəvət alır.

46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti