Payızın ən dəbli rəngləri - foto
Aktrisalara Qətərə getmək üçün pul göndərilib
Filipp rus-özbək müğənni ilə gərginlik yaşyıb
İrem həmkarı ilə eşq yaşayır - foto

Facebook instagram Twitter Youtube
FİLM

"Qızlarımızı sevgi ilə böyüdək..."

21-11-2022


"Anam həmişə deyir ki, hər övladım mənə candan əzizdir, amma qızlarımı verən Allaha qurban olum". Mtv.az xəbər verir ki, bu sözləri aktrisa Aydan Axundova sosial şəbəkədə yazıb. Aktrisa sözlərinə belə davam edib: "Təki elə dövr və dünya qura bilək ki, qızlarımız cinsəl diskriminasiyaya, sadəcə qız doğulduqları üçün hüquqi məhdudiyyətlərə, təcavüzə, yalnız "mətbəx kombaynı" olmağa məruz qalmasınlar. Onların da səsi, düşüncəsi, haqqı nəzərə alınsın. Qızlarımızı sevgiylə böyüdək. Onlara istənilən, gözlənilən, arzulanan övlad olduqlarını hiss etdirək. Sevginin və düzgün ailə institutunun təməli valideynlərdən gəlir. Qızlarınıza kifayət qədər sevgi və dəstək verin ki, gələcəkdə o sevginin aclığından hər zalımın zülmünə dözməli olmasınlar, "eybi yox, anam atama dözüb, mən də dözərəm" düşüncəsiylə ömür çürütməsinlər. Öz ayaqları üzərində dura biləcək qədər təhsil və özgüvənləri olsun. Qız uşağını özünüzə qul-nökər, qardaşlarına dayə doğmayın. Sağlam nəsil fiziki və psixi sağlam qadının bətnində yaranır".

23 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti