Müğənni eşq iddialarına cavab verdi
Ajda Pekkan şəxsi həyatı ilə bağlı etiraf etdi
Odri Hepbernin həyatından film çəkiləcək
Alişan aktrisa həyat yoldaşından danışdı 

Facebook instagram Twitter Youtube
FİLM

 "House of Gucci" filminin premyerası olub - foto

26-11-2021


Londonda rejissor Ridli Skottun ekranlaşdırdığı "House of Gucci" filminin premyerası olub.

Mtv.az xəbər verir ki, baş rollardan birini canlandıran müğənni Ledi Qaqa və digər aktyorlar Salma Hayek, Jared Leto, Adam Drayer qırmızı xalçada obyektivlərə poz verib.

Filmin ulduzları gecəyə "Gucci" brendindən olan əlbisələrlə qatılıb. Hayek qızılı, Ledi Qaqa bənövşəyi paltara, Jared isə firuzəyi rəngli məxmər kostyuma üstünlük verib.

Filmin süjeti moda evinin banisinin nəvəsi Mauritsio Qucci və onun həyat yoldaşı Patritsiya Redciani arasındakı münasibətdən bəhs edir. Onların rollarını Adam Drayer və Ledi Qaqa ifa ediblər.

On iki il evli qaldıqdan sonra cütlük boşanıb. Maurizio arvadını başqa bir qadın üçün tərk edib. Bir neçə ildən sonra Patrisiya keçmiş ərinin öldürülməsini əmr edib. O, Mauritsionu qətlə yetirdiyinə görə, 29 il müddətinə azadlıqdan məhrum edilib və 2016-cı ildə azadlığa buraxılıb.

Onu canlandıran Ledi Qaqa etiraf edib ki, o, obrazına görə psixoloji problemlər yaşamağa başlayıb.









42 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti