Şilo yeni imici ilə seçilib - foto
Hollivud ulduzu karyerasını bitirir
Model ilə reper yenidən ayrılıb
Hadisə geyiminə görə tənqid hədəfi olub - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Tünzalə xəyanətə uğradığını etiraf edib

30-11-2022


Bu gün Xalq artisti Tünzalə Ağayeva teleproqramın birində qonaq olub. Mtb.az xəbər verir ki, ifaçı yaşla bağlı insanlarda yaranan tərəddütlərə aydınlıq gətirib: “İnsanlarda rəqəmə ilişib qalmaq var. Deyirlər, 40 yaşım var, indi nə edəcəyəm? Həyat 40 yaşından sonra başlayır". Şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verən müğənni xəyanətə uğradığını etiraf edib: “Xəyanəti bağışlamaram. Hamı kimi. Xəyanətini gördüyüm insanı dərhal kəsib atıram. İzahat belə vermədən. Mən də xəyanətə uğramışam. Başımı yastığa rahat qoyuram. Çünki kimsəyə xəyanət etməmişəm. Məndən istifadə edənlər həyatımda yoxdur”. T.Ağayeva qızı Fidanla münasibətləri haqqında da söhbət açıb: “Uşaqlarımızın həyatını uğurlu görmək istəyirik. Analarla qızları qəribə əlaqədə olur. Bəzən ananın taleyini qızı daşıyır. Özümdəki boşluqlar barədə ona məlumat verirəm. Qızımı başa salmışam ki, ləyaqətini üstün tutsun. Tez təsir altına düşən deyil, xarakterlidir. Hətta sözümüz də üst-üstə düşmür. Lakin məndən örnək götürür. Qızıma heç vaxt qadağalar qoymamışam. Onun yaşına xas olmayan hərəkətlər edərsə, bunu söyləyərəm. Hər zaman sərbəst olub. 7 ildir İstanbulda yaşayır. Özü təəccüblənmişdi ki, tək övladınam, necə xaricdə oxumağa icazə verirsən. Qızıma bir söz vermişdim, amma yerinə yetirmədim. Demişdim ki, hər ay yanına gələcəyəm. Amma alınmır”.

36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti