Selena izləyicilərini qəzəbləndirib
Aktrisa yeni serialı ilə geri qayıdır
"Altın Kelebek"də mükafatlandırma gecəsi
Model mütəmadi idmanla məşğul olur

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Natavan ilə Səidə barışıblar

21-11-2022


Uzun müddətdir küsülü olan müğənnilər Natavan Həbibi və Səidə Sultan barışıb. Mtv.az xəbər verir ki, onlar müğənni Kərim Abbasovun oğlu Yusifin kiçik toyunda bir araya gəliblər. Səidə səhnədə mahnı oxuyan Natavana yaxınlaşaraq, onu qucaqlayıb və incikliyə son qoyub. Həmin görüntülər "show_news" səhifəsi paylaşıb. Xatırladaq ki, Səidə Natavan haqqında "Əvvəl dəstək idi, sonra zay oldu. Üzümə dedi ki, niyə beləsən. Çox sözlər dedi, ondan sonra son qoydum. Allah onu xoşbəxt eləsin. Sənətdə rəqib olaq. Çıx da bu aləmdən, ancaq özünə qulaq asır. Bir yerdə ola bilmərik. Gözəl musiqiçidir, savadı var. Amma özü, ancaq "mən-mən" deyir. Gözümü açandan Natavanın yanında çox olurdum. Sərbəstliyi onda gördüm. Bəzən mən onu, bəzən o məni qoruyurdu. Yaşım az idi, indi öz yerimdəyəm. Natavan da deyir, niyə əvvəlki kimi deyilsən?" sözlərini söyləmişdi. O, növbəti açıqlamalarının birində isə N.Həbibinin ünvanına "İfritədir" sözünü söyləyib.

97 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti