Hollivud ulduzu uşaq fonduna ianə edib
Supermodel fəxri doktor olub - foto
Repçinin əri1 il azadlıqdan məhrum edilib
Aktrisa ilə müğənni ayrılıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Nura Nigar Camalı zövqsüz adlandırıb

04-08-2022


Müğənni Nura Suri teleproqramın birində sənətçilərin geyimlərini müzakirə edib. Mtv.az xəbər verir ki, sənətçi "Avroviziya" qalibi, uzun müddətdir küsülü olduğu Nigar Camalı zövqsüz adlandırıb. O bildirib ki, Nigarın "mush-ap" klipindəki Merlin Monro obrazı da uğursuz alınıb: "Orada 80-ci illərin obrazı Merlin Monro obrazından daha uğurlu idi. Nigar fərqli, maraqlı ifaçıdır. Amma zövq barəsində zövqünü formalaşdırmayan, obrazını yaratmayan ifaçıdır. Stilistlərlə işləsəydi... Ayın yarısını Londonda, yarısı Azərbaycandadır. İstəsəydi, cəh etsəydi, gözəl bir obraz yaradardı və qəbul olunardı. Hələ düşünürəm, axtarışdadı. Merlin Manro obrazı alınmayıb. Heç kim inciməsin Merlin Manro obrazı mənim Gürcüstandakı klipimdə daha yaxşı idi, stilist Syama ilə eynisini yaratmışdıq. Səmimiyyətimə inanın, heç kimə söz atmıram". Nura daha sonra sənətçiləri geyiminə görə sıralayıb. O, Nigarı yeddinci yerə layiq görərək "Nigar məndən inciməsin, baxmayaraq küsülüyük. Salamlaşaram, bəyənirəm, gözəl ifası olsa, paylaşacam. Merlin Monro obrazında zəiflik var idi, başqa variantım da yox idi" sözlərini əlavə edib.



19 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti