Hollivud ulduzu uşaq fonduna ianə edib
Supermodel fəxri doktor olub - foto
Repçinin əri1 il azadlıqdan məhrum edilib
Aktrisa ilə müğənni ayrılıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Nadir hündürlükdən qorxur

01-07-2022


"Avroviziya 2022" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Nadir Rüstəmli yarışma zamanı başına gələn hadisəni bölüşüb. Mtv.az xəbər verir ki, teleproqramın birinə qonaq olan Nadir hündürlük qorxusu olduğunu söyləyib: "Səhnədə pilləkənlərdə duranda, onları bir-birindən ayırmaq üçün elektro texnikadan deyil, qol qüvvəsindən istifadə edilirdi. Bu zaman isə yıxılmamaq üçün ayağımı pilləkənə dayayırdım. Aralar çox idi. Pilləkən aralananda əsirdim. Gözümü açıram aşağıdan su gedir, yuxarıda tamaşaçı. Tamaşaçını da görəndə həyəcanlanırdım. Hündürlük məsafəsi kifayət qədər yüksək idi. Səhnədə çox çətin anlarla üz-üzə qaldım. Səhnə nömrəmdə iştirak edən rəqqas Borislə pilləkəndə üz-üzə gələndə o göz vurub, gülümsəyirdi. Onun bu hərəkəti məni çox rahatladırdı. Borisin üz ifadəsini isə heç kim görmürdü. Hər dəfə ona "çox sağ ol" deyirdim".

29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti