"Oskar"da üç ildən sonra ilk yaşanacaq
Müğənni eşq iddialarına cavab verdi
Ajda Pekkan şəxsi həyatı ilə bağlı etiraf etdi
Odri Hepbernin həyatından film çəkiləcək

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Həyatımı sənətə qurban verdim..."

04-12-2021


"Bu günlərdə çox həssasam. Həmişə deyirdim ki, hər şeyim sənətimə qurban. Nələri qurban verdim". Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova deyib. Aktrisa son günlər yaşadığı qalmaqallardan bəhs edib ağlayıb. O bildirib ki, səsləndirdiyi şeirin montaj edilməsi ona pis təsir edib: "Bu gün hüzur axtarıram ki, rahat oturum, məndən danışmasınlar. Tamamilə məni unutsunlar. Mənim sənətim haqda ikinci bir insan söz deyə bilməz. Səhnəmə, sənətimə, şeirlərimə toxunanda heyifslənirəm. Ailəmi səhnəyə qurban verdim. Səhnəni atsaydım, çox imkanlı, bir evin xanımı olaraq yaşayardım. Qızımı da çətinliklə yox, rahat böyüdərdim. Rahat yaşayan, əsəbləri yerində xanım olardım. Həyatımı sənətə qurban verdim. Mənim səviyyəm deyil səviyyəsizlərə cavab vermək. Özümə aşağıda olanlardan danışmağı sığışdırmıram. Mənim birinə söz atmağımı, müzakirə etməyimi görürsüz?". M.Əsədova yarımçıq qalan sevgisindən danışıb: "Qarşımda elə gözəl şanslar var idi ki... Ailə qura bilərdim. Neçə illər səhnədən uzaqlaşmalı idim. Sevdiyim insanı da, səhnəyə qurban verdim. Xanım olacaqdım. Bilsəydim bu şeylər var, səhnəni qoyub gedərdim. Həmin insan istəmirdi sənətimi... Hətta dedilər "Xalq artisti" adı da aldın. Dedim yox, səhnəsiz susuz balıq olaram. Bu gün qızım üçün tək qadınam. Gözəl qalmışam. Həm evin kişisiyəm, gül kimi uşaq böyüdürəm. Onun tərbiyəsini, savadını məktəbdən soruşun. Tək analara Allah güc versin. Bir dəstəyim yoxdur, Allah bilir ki, tək böyüdürəm. Atası tərəfdən də heç bir dəstək olmayıb. Son illər insanlardan qorxuram. Evimdə heyvanlar saxlayıram. Sevgim illərlə çəkdi. Nə qədər sevdim. Azərbaycanlı idi və imkanlıydı. Başqa ölkədə yaşamalı idim. Sevə-sevə ondan ayrıldım və başqasıyla ailə qurdum. Şükür, Allah mənə Güləri bəxş etdi. Buğa bürcüyəm, sevəndə dəli kimi sevirəm".

32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti