Modelyer məhkəməni uduzdu
Şakiraya çöl donuzları hücum edib - foto
 İvana Sert toya hazırlaşır
Müğənnini ömürlük həbs gözləyir - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

"Göylərdə uçurdum" - Nisə Qasımova

13-10-2021


"Şou-proqramlara dəvət alırdım, aparıcılar məni sıradan bir müğənni kimi təqdim edirdilər. Demirəm ki, diva, dünya gözəli desinlər. Amma xanımı səhnəyə dəvət edərkən seçməlisiniz. Xanımlığını qoruyub saxlamayan qadınların yanında... Dünən şou-proqramlara dəvət alan qızların yanında "xanım" ifadəsi olmadan səhnəyə çıxmağı istəmirəm. Bunu bir aparıcı edirdi, sonradan düzəldi".

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Nisə Qasımova deyib.

O, səhnə fəaliyyətindən, özündən bəhs edib: "Keçmişdə çox saf idim. Dilimə söyüş gəlməz, indiki kimi emosional danışmazdım. Hər şey elə bilirdim mən düşünən kimidir. Özümü necə tanıyırdımsa, insanları elə bilirdim. Göylərdə uçurdum. Amma illər keçdikcə, samballı yaş dövrünə gələndən sonra dəyişdim. O illərdəki kimi qalsaydım, mən elə belə olacaqdım".

Anasından danışan N.Qasımova "Anam üçün bəzilərini bağışlamıram. Onun göz yaşlarına görə... Konsertdə çıxış edirdim. Evdə otururduq ki, indi mən çıxış edəcəm. Baxırdıq yoxdur, kəsib atıblar. Bunlara görə anam ağlayırdı" sözlərini əlavə edib.

N.Qasımova sosial şəbəkəyə az daxil olduğunu deyib: "Pandemiyada həm sosial şəbəkələrdə, həm məişət görüntüsündə çox şeyin şahidi oldum. Hər şeydən təmənna güdən dostlar gördüm. Baxırsan kimlərinsə sözlərinə, danışıqlarına içim nifrətlə doldu. İnstaqrama çox baxmamağa çalışıram. İnsanlar çox dəyişib. Deməsinlər ki, siz yaşadığınız dövr başqadır. Ölkənin inkişafı başqadır. İnsanlıq dəyişə bilməz. Kasıbçılıq, vəzifə, böyük sənət insanlığı dəyişməməlidir. Nə qədər adam olub ki, milyonu olub və bir gündə itirib. Sakit ömür yaşasam, heç nədən qormayacam".                

17 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti