"Sərdar Ortaç mənə "ana" deyirdi..."
İrem Derici ilə sevgilisi ayrıldılar
Modelyer məhkəməni uduzdu
Şakiraya çöl donuzları hücum edib - foto

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Xaricə köçən "Eurovision" təmsilçiləri - foto

08-10-2021


Son günlər şou-biznesin bir çox nümayəndəsinin xaricə köçmə xəbərləri daha da çoxalıb. Onlar arasında isə "Eurovision" təmsilçiləri çoxluq təşkil edir.

Mtv.az "Eurovision"a qatıldıqdan sonra sənətdən uzaqlaşan və ya ölkədən köçənləri təqdim edir:

Müğənni Safurə Əlizadə 2010-cu ildə yarışmada Azərbaycanı "Drip drop" mahnısı ilə təmsil edib və beşinci yeri tutub. Sənətçi daha sonra mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə ailə quraraq Türkiyəyə köçüb. Üç övlad anası olan Safurə İstanbulda yaşayır.

Müğənni Fərid Məmmədov Azərbaycanı sözügedən yarışmada 2013-cü ildə "Hold Me" mahnısı ilə təmsil edib. Fərid ikinci yeri tutub. Yarışmadan qayıdandan bir müddət sonra o, ailə qurub. Daha sonra isə Fərid ABŞ-a köçüb. O, hazırda xanımı və övladı ilə birlikdə Amerikada yaşayır və müğənnilikdən uzaqlaşıb.

Əməkdar artist Səbinə Babayeva da bu il Rusiyaya köçüb. O, Moskvada çalışır və yaşayır. Səbinə 2012-ci ildə "eurovision"a qatılıb və ölkəmizi "When the Music Dies" mahnısı ilə təmsil edib. O, yarışmada dördüncü yerdə qərarlaşıb.

Müğənni Elnur Hüseynov Azərbaycanı ilk dəfə "Eurovision"da təmsil edən olub. O, həmkarı Samir Cavadzadə ilə birlikdə 2008-ci ildə "Day After Day" yarışa qatılıb və səkkizinci olub. Elnur daha sonra 2015-ci ildə yenidən sözügedən beynəlxalq musiqi yarışmasına gedib və "Hour Of The Wolf" mahnısıyla 12-ci olub. Daha sonra ifaçı Türkiyəyə köçüb. Elnur hazırda İzmirdə yaşayır.

Samir Cavadzadə də hazırda ölkədən köçüb. O, bir müddətdir Rusiyada Moskva şəhərində yaşayır.

"Eurovision" təmsilçiləri arasında müğənni Çingiz Mustafayev də yer alıb. O, 2019-cu ildə Azərbaycanı Tel-Əviv şəhərində keçirilən "Eurovision"da "Truth" mahnısı ilə təmsil edib və səkkizinci olub. Çingiz ötən il Rusiyaya köçüb və fəaliyyətini orada davam etdirir.

2011-ci ildə "Eurovision"da birinci olan müğənni Nigar Camal müsabiqədən sonra övladları ilə Londonda yaşayıb. O, hazırda İngiltərəyə tez-tez gedib-gəlir.

2021-ci ildə Azərbaycanlı "Eurovision"da təmsil edən Samirə Əfəndi də ölkədən köçmək qərarı alıb. O, bu günlərdə açıqlama verərək Türkiyəyə getdiyini deyib. Samirə oradan yaxşı təklif aldığını və İstanbulda evi olduğunu bildirib. O, yarışmada "Mata Hari" mahnısını oxumuşdu.

















26 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti