İrem Derici həmkarı ilə eşq yaşayır
Reperin öldürüldüyü avtomobil satılır-foto
Yıldız Tilbe peyvənd olundu
Model eşq iddialarını yalanladı

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Müğənnilərimiz bu yayı harada keçiriblər? - foto

13-09-2021


Yayın bitməsinə sayılı günlər qalıb. Bir çoxları yay aylarında istirahətə üstünlük verirlər. Buna görə də hərə bir xarici ölkəyə üz tutur. Sənət adamlarının bu yay harada dincəlməsi maraq doğurub. Mtv.az xəbər verir ki, bir çoxları xaricdə istirahət mərkəzlərini seçdiyi halda, bəziləri bölgələrə üz tutub. Xalq artisti Aygün Kazımova dincəlmək üçün Bodruma yollanıb. Müğənni bir neçə gün orada lüks otellərdən birində istirahət edib. Rəqqasə Fatimə Fətəliyeva ailəsi ilə birlikdə Antalyaya yollanıb. Sənətçi bir həftə orada dincəlib. fatimə gəzintidən fotolarını hər gün izləyiciləri ilə bölüşüb. Əməkdar artist Könül Kərimova istirahətə yayın əbbəli gedib. Müğənni Bodruma üz tutub. Kərimovanın sosial şəbəkədə yayımladığı fotoları isə onunla izləyiciləri arasında mübahisəyə səbəb olmuşdu. Xalq artisti Tünzalə Ağayeva da dincəlmək üçün Türkiyəni seçib. Müğənni qızı Fidanla birlikdə Bodrumdakı evində istirahət edib. Xalq artisti Mələkxanım Əyyubova yay tətilini övladları ilə birlikdə İzmirin Çeşmə bölgəsində keçirib. Xalq artisti Məleykə Əsədova isə bu yay ABŞ-a üz tutub. Aktrisa bir aydan çox Amerikanı qızı Gülərlə qarış-qarış gəzib. Müğənni Rosa Zərgərli istirahət üçün Alanyaya gedib. İfaçı qızı Bənövşə ilə birlikdə orada dincəlib. O, eyni zamanda aparıcı Zaur Kamalın orada çəkilən yeni verilişinə də qonaq olub. Müğənni Sevda Yahyayeva yay başlayandan bir neçə ölkəyə dincəlməyə yollanıb. İfaçı əvvəlcə həyat yoldaşı Zakir Bayramovla birlikdə Misirə gedib. Cütlük daha sonra Antalyada dincəlməyə yollanıb. Bir neçə gün əvvəl isə onlar Sankt-Peterburqda istirahətə gediblər.

















25 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti