Müğənni Antalyada dincəlir
Müğənni qumar düşkünü olduğunu açıqlayıb
Hollivud ulduzunun məhkəməsi başa çatıb
Motelə əxlaqsız təklif edildi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Nicatın "Şeron"dan ayrılma səbəbi - video

29-04-2021


"Yeni ulduz"dan sonra solo fəaliyyət göstərdim. Daha uğurlu ola bilərdim, amma tənbəllik etdim. Toya üstünlük verdim. Düşündüm ki, bütün məişət problemlərimi həll edim, sonra sənətlə məşğul olum".

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Nicat Rəhimov "10-da görüşək" proqramında deyib.

O, "Şeron" qrupundan ayrılma səbəbini açıqlayıb:

"Sonra Rüstəm Zeynallı "Şeron" qrupuna dəvət etdi. 8 il orada qaldım. Amma qrupda olanda digər simalar kölgədə qalırdı. Solistlərdən daha çox Rüstəmə sual verilirdi. Bilirdim ki, çıxan kimi hər şey ela olmayacaq. Onda da hazır deyildim. Amma həmin ərəfədə ailə qurmağı planlaşdırırdım. Qrupda olanda səfərlərə gedirsən, özün qərar verə bilmirsən.

Qrupdan getməyimə pul səbəb olmayıb. Verilən məbləğlə razılaşırdım. Son beş ildir Roza Zərgərli mənə dəstək olur. Daha çox klassik mahnılara üstünlük verirəm. Bu baxımdan "Bakı vaxtı ilə" proqramı mənə sərf edirdi". 

<iframe width="560" height="315" src="//ok.ru/videoembed/2491639859924" frameborder="0" allow="autoplay" allowfullscreen></iframe>

31 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti