Müğənni Antalyada dincəlir
Müğənni qumar düşkünü olduğunu açıqlayıb
Hollivud ulduzunun məhkəməsi başa çatıb
Motelə əxlaqsız təklif edildi

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Xalq artisti infarkt keçirdi

09-04-2021


Xalq artisti Azər Zeynalov açıq ürək əməliyyatı olunub. Mtv.az xəbər verir ki, bu barədə müğənninin həyat yoldaşı deyib: “Azər müəllim martın 10-da infarkt keçirdi. Növbəti gün Bakıdakı özəl klinikaların birində ürəyinə müvəqqəti stend qoyuldu və əməliyyat məsləhət görüldü. Əməliyyata üç həftə hazırlıq işləri görüldü, analizlər verdi. Aprelin 2-si açıq ürək əməliyyatı oldu, 4 damarını dəyişdilər. Hazırda xəstəxanada müalicəsi davam edir. Evə nə vaxt buraxılacağı məlum deyil”. Qeyd edilib ki, ifaçının danışa bilməməsi ilə bağlı xəbərlər əsassızdır: “Səhhətində hər şey qaydasındadır, danışa bilir. Sadəcə olaraq həkim telefondan istifadə etməyə icazə vermir”.

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti