Günay: “O haqda danışmaq istəmirəm”

Gündəmi zəbt edən Günay İbrahimli və keçmiş qalmaqallı prodüseri Təranə Səmədova tədbirlərin birində üz-üzə gəlməkdən imtina ediblər. Müğənni bu haqda danışmaq istəmədiyini söyləyib.
Gənc müğənnilər arasında artıq sözünü deyən Günayın “Qonağım olsun” adlı yeni hiti gəlir. Mahnının musiqisi Nazim Məmmədov, sözləri Mirdamət Əziz, Aranjeman Caner Tepeciyə məxsusdur. Hər zaman Muz life-a etibar edib eksklüzivlərini bizim məkanda açıqlayan Günay bu dəfə də ənənəsinə sadiq qalıb. Müğənni hələ hazır olmayan yeni mahnısının bir bəndini elə ilk dəfə canlı olaraq bizdə ifa edib. Şou-biznesin əsas simalarından olan İbrahimli bununla yanaşı, həmkarı Rəqsanədən hədiyyə mahnı alacaq. Daha sonra dəb bilicisi Anar Ağakişiyeva kimi geyimlərə ətək-ətək pul xərcləyən Günay İbrahimlinin zövqündən danışıb. Daha ətraflı süjetdə.
Sevda Məmmədova
Bəxtiyar Nəsirov
Muz-Tv.az
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
