EKSKLÜZİV
Mananadan payız ab-havalı yeni klip
29-10-2013

Əməkdar artist Manana “Payız” mahnısına klip çəkdirir. Müğənni klipini “Səndən ayrı” ekran işinin çəkildiyi məkanda və eyni görüntüdə lentə alıb. Ekran əsərində daha bir oxşarlıq nəzərə çarpıb. Belə ki, xalq artisti Faiq Ağayevin “Pəncərə” klipindəki görüntü və əməkdar artist Manananın “Payız” mahnısının ekran içində olan pəncərə oxşarlıq yaradıb. Bütün bunlara baxmayaraq Manana klipin rejissoru Nail Naiboğlunun işini çox bəyəndiyini deyib. Klipə xərclənən maliyyə vəsaitindən də söz açan Manana bunu gizli saxlamağı üstün tutub.
Rejissor Nail Naiboğlu isə klipdən danışaraq onun şablon olmadığını deyib. Manananın geyimində əsl payız ab-havası hiss olunub. Daha ətraflı süjetdə.
Sevda Məmmədova
Ramal Gülməmmədov
Muz-Tv.az
2351 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Mart
24 Mart