Samirə Əfəndi duet həmkarının və yeni mahnısının adını sirr saxladı - MARAQLIDIR

“Səs Azərbaycan” mahnı yarışmasının iştirakçısı Samirə Əfəndi üzünü MUZ TV Azərbaycan kanalının kamerasına tutaraq yeniliklərindən söz açıb.
Muztv.az xəbər verir ki, bir müddət əvvəl məşhur “Chocolata” mahnısının ifaçısı Seeya ilə “Tocame” adlı duet oxuyan Samirədən yenidən başqa bir sənətçi ilə duet gələcək:
“Xarici yox, yerli ifaçılarımızdan biri ilə duet gözlənilir. Tam açıqlama verməyəcəyəm. Amma yeni bir tərz stildə mahnı olacaq. Mənim üçün fərqli bir iş olacaq. Düşünürəm öhdəsindən layiqincə gələcəyəm”.
Samirə Əfəndi ağız dolusu danışdığı mahnının adı nə olacaq və xarici, yoxsa ana dilində oxuyacağı barədə sualımıza isə fərqli cavab verdi:
“Azərbaycan dilində olacaq. Nə mahnının adını, nə də kiminlə oxuyacağımı deməyəcəyəm. Qoy sirr olaraq qalsın. Bəy ifaçıdır. Bugünkü gündə təlabatlı olan kişi ifaçılarımızdandır”.
Bununla bağlı süjetə fevralın 17-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Sevda Məmmədova
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
