Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Yeni ideyalarla yaşayan Ənvər Sadıqov və ansamblı xaricə getməyə hazırlaşır - özəl

16-02-2018


Xalq Artisti, "Qaytağı" instrumental ansamblının bədii rəhbəri Ənvər Sadıqov MUZ TV Azərbaycan kanalına özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, qarmon ifaçısı əsas amallarının Azərbaycan musiqisinin inkişafına yönəldiyini deyib:

“Konsert  və tədbirlərdə mütəmadi olaraq iştirak edirik. Xarici səfərlərdə oluruq. Azərbaycan Milli Konservatoriyasında müəllim kimi fəaliyyətə başlamışam. Bu başlanğıcdır, bu yolda çalışmağa davam edirəm”.

Xalq Artisti yaxın zamanda xarici ölkərə səfərlərinin olacağını və yeni layihə üzərində işlədiyini də açıqlayıb:

“Yeni ideyamız var ansambl olaraq üzərində işləyirik. Türkiyə və Bolqarıstana səfərimiz var. Planlarımız çoxdur, başqa bir konsert barədə də düşünürük, alınsa yaxşı olacaq.”

Bununla bağlı süjetə fevralın 16-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Günel Əliyeva

882 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti