Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Dado ilə münasibət bitdi -  Natavan Həbibi stresdən də arıqlamaq olar dedi - foto

15-02-2018


Müğənni Natavan Həbibi MUZ TV Azərbaycan kanalına biri-birindən maraqlı və gündəm yaradacaq açıqlama verib.

Muztv.az xəbər verir ki, sevilən ulduz son zamanlar daha çox çəki atmağının sirrini açıqlayıb:

“Stressdən də, əsəbdən də arıqlamaq olur, əsas odur ki, hər şeyi vaxtında düzgün analiz edəsən. Başa düşəsən ki, özünə tez qayıda biləsən. Yəni, özümdəyəm (gülür)”.

Natavan keçmiş həyat yoldaşı repçi Səid Əliyev (Dado) ilə münasibətlərinin tamamilə bitdiyini və bu mövzunun onun üçün həmişəlik bağlandığını etiraf edib:

“Səid ilə münasibətim tamamilə bitib. Əslində özümə söz vermişəm ki, bu mövzu haqqında danışmayacam. Bu bir qismətdir, Allahın yazısıdır. Mən nəyisə danışmaq xatirinə danışmaq istəmirəm. Bu mənim şəxsi işimdir, mənə o qədər toxunan bir işdir ki, həmin mövzunu açmaq istəmirəm”.

Cazibədar ulduz həmkarı Kərim Abbasov ilə küsülülük münasibətlərindən də söz açıb:

“Kərimlə münasibət də olub keçdi. Bilirsiniz hər kəsə deyiləcək sözlərim çoxdur. Düşünürəm ki, biz hamımız biri-birimizə vaxtında qulaq assaq, bilsək ki, harda susmaq, harda isə danışmaq lazımdır bax bu, hamımız üçün daha gözəl olar. Çünki çörək kəsmişik, bir evdə olmuşuq, bir ananın hazırladığı yeməyi yemişik. Bunun heç birini inkar etmək olmaz. Necə ki, mən unutmuram. Ona görə də çox danışmaq lazım deyil. Danışdı, cavabını aldı, bağladıq ”.
 
Yeni tərzi ilə göz oxşayan Həbibi bu imicini çoxdan arzuladığını dilə gətirib:

“İllərdir, bütün stilistlərimə demişəm ki, mənə tel kəsin. Heç biri risk etmirdi, deyirdilər, yox sənə yaraşmayacaq. Amma Anar Ağakişiyevə fikrimi deyəndən sonra, razılaşdı. Dedi ki, alınacaq. Sənə indi bu lazımdır və elədi. Fikirlər müxtəlifdir, amma mənim xoşuma gəlir. Hətta saçın düzümünü də dəyişirik ki, hər dəfə eyni obrazda olmayaq”.

Natavan bir neçə gün öncə Əməkdar Artist Murad Dadaşovdan incidiyini desə də, indi heç bir umu-küsüsünün qalmadığını, hətta üz-üzə gələn zaman görüşəcəyini də söyləyib:

“Murad Dadaşova hələ zəng açmamışam. Görüşsəm deyəcəm. Elə şeylər var ki, həmin an toxunur, hardasa nəsə demək istəyirsən. Sonra görürsən ki, səni əsəbləşdirən situasiya belə öz dəyərini itirib. Elə dəyişdim ki, artıq hər deyilən söz belə xətrimə dəymir. Özüm üçün o səhifəni bağladım. Görsəm görüşəcəm. Hamıya qarşı beləyəm. Mənim tərbiyəm elə şeyə yol verməz”.

Xatırladaq ki, Natavan Həbibi keçmiş əri Dado ilə iyul ayında evlənmişdi. Elə ilk gündən onların nikahının saxta olduğu deyilirdi. Sənətçi müğənni Kərimin onun barəsində “qəlbi qarasan, dilinin altına qənd qoy” deyiminə əsəbləşmişdi. Murad Dadaşovdan isə Natavan barəsində “Natavan yenidən özü olsa, biz onu sevəcəyik” sözlərinə görə incimişdi.

Bununla bağlı süjetə fevralın 15-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva 









3367 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti