Natiq Şirinov: “Bizim ifamız dünyada nağara sənətini sevdirir” - özəl

Əməkdar Artist Natiq Şirinov MUZ TV Azərbaycan kanalına özəl açıqlama verib.
Muztv.az xəbər verir ki, nağara ifaçısı sənətindəki yeniliklər barədə danışıb:
“Mən hər zaman yenilik dedikdə, deyirəm ki, ritm varsa həyat var. Ritm və yeniliklər sonsuzdur. Ritmi dərk edən insan görür. Təbii ki, dərk etməyən heçnə görmür. Sonuncu yeniliyimiz o olub ki, 2 metrlik nağara hazırlatmışam. Dünyanın ən böyük nağarasını düzəltdirdim. On iki yeni alət ixtira etmişəm. Onların hər biri istifadə olunur. Bəziləri deyir mən flan şeyi etmişəm, amma ortalıqda heçnə yoxdur. Bizim elədiklərimiz, ifamız dünyada nağara sənətini sevdirir”.
Əməkdar Artist İsveçrədə verdiyi konsertdən də söhbət açıb:
“Gözəl böyük bir tədbir oldu. Üç gün 4 seans konsert vermişik. Çox soyuq idi, əllərimiz partlayırdı, amma sevə-sevə işləyirdik. Möhtəşəm konsert oldu”.
Bununla bağlı süjetə fevralın 15-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Günel Əliyeva
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
