Planları fərqli olan müğənni: “Köhnə paltarları təzələyib geyinirəm”

Gitara ifaçısı, gənc müğənni Çingiz Mustafayev MUZ TV Azərbaycan kanalına maraqlı müsahibə verib.
Muztv.az xəbər verir ki, müğənni ötən il iki dəfə konsert verdiyini, hazırda isə planlarının fərqli olduğunu söyləyib:
“Məqsədlərim var, amma imkansız məqsədlərdir. Əgər bir hadisə mümkündürsə, bu, artıq plandır, məqsəd deyil. Məqsəd odur ki, mümkünsüzdür”.
Retro geyim tərzinə sahib ifaçı stilist ilə çalışmadığını deyib:
“Şalvarımı Türkiyədə mağaza var, ikinci əl paltarlar satılır, oradan almışam. 1970-ci illərin geyimləridir, hansı ki, bu gün onu tapmaq mümkün deyil. Alıram təmizləyirəm, düzəltdirirəm geyinirəm”.
Bununla bağlı süjetə fevralın 14-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Günel Əliyeva
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
