Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Fərqli tərzi ilə seçilən Eldar Qasımov: “Geyim daxili dünyanın xarici görünüşüdür”

14-02-2018


“Geyimlərim daxili dünyamın əksidir” deyən Azərbaycanın “Eurovision 2011” mahnı müsabiqəsində qalibi Eldar Qasımov MUZ TV Azərbaycan  kanalına maraqlı açıqlama verib.

Muztv.az xəbər verir ki, daim dəblə ayaqlaşan müğənni geyim seçimləri barədə danışıb:

“Bəzən dizaynerlərlə işləyirəm, bəzən isə seçimi özüm edirəm. Son zamanlar gənc dizayner Sultan ilə çalışıram. Çox istedadlıdır. Mənim üçün geyim daxili dünyanın xarici görünüşüdür. Dizaynerlərlə işlədikdə belə çalışıram ki, fikirlərimiz eyni olsun. Geyim seçimlərim isə əhvalımdan asılıdır. Elə gün olur özümü idman tərzində daha yaxşı hiss edirəm. Bəzən də olur ki, klassik və ya qeyri-adi görünmək istəyirəm. Özümü geyimlə də ifa edirəm. Fərqi yoxdur hara gedirəm, əhvalıma uyğun seçim edirəm”.

Bununla bağlı süjetə fevralın 14-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.

Əhəd Miriyev

1113 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti