Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Bakıda “5 ilin uğuru mükafatı” verildi - “Azərbaycan gözəli” seçildi - reportaj 

08-02-2018


Paytaxt otellərindən birində ötən gün “5 ilin uğuru mükafatı”nın təqdimetmə mərasimi keçirilib.

Muztv.az xəbər verir ki, təltifetmə mərasiminə şou-biznesin bir sıra tanınmış simaları da qatılıb. Onlara layiq olduqları mükafatlar verilib.

Mərasim eyni zamanda “Show production”nın 5 yaşının tamam olmasına həsr edilib.

Bundan əlavə, gecədə 2018-ci ilin “Azərbaycan gözəli” də seçilib.

MUZ TV Azərbaycan kanalında müsahibə verən “Best model of Azerbaycan 2004”ün qalibi İlqar Əliyev həmin gecədə gözəllik uğrunda yarışan xanımların xareoqrafiya işləri ilə məşğul olduğunu deyərək, ən uğurlu namizədin seçiləcəyinə ümid etdiyini söyləyib:

“Show production”nın 5 ili tamam olur. Bununla bağlı mükafatlandırma mərasimi təşkil olunub. “İlin ən yaxşıları” nominasıyaları hər kəsə təqdim olunacaq. Bundan əlavə, 2018-ci ilin “Azərbaycan gözəli” də seçiləcək. 15 xanım bu ad uğrunda yarışacaq. İnanıram ki, qızlardan ən gözəli 1-ci yerə sahib olacaq. İki həftə ərzində qızların düzgün yerişi, özlərini düzgün təqdim etməyini mən təşkil etmişəm. Bildiyiniz kimi, mənim İlqar Əliyev adına model məktəbim var. Həm də ki, müxtəlif gözəllik yarışlarında xareoqraf kimi fəaliyyət göstərirəm. Bir sözlə, yarışan xanımların peşəkar olmaları üçün əlimdən gələni etmişəm, indi özlərini necə təqdim edəcəklər, artıq bu onların özlərindən aslıdır. Seçimi münsiflər edəcəklər”.

Tədbirdə estrada ulduzlarının iştirakı ilə konsert proqramı da təşkil olunub.  Sənətçilərimiz dəstək olaraq sevilən mahnılarını ərmağan ediblər.

Xatırladaq ki, təqdimatda xüsusi geyimlərdən ibarət dəfilə şou da keçirilib. 

Bununla bağlı süjetə fevralın 8-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək "Muz Life" verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva 

1165 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti