Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

“Evlənəcəyim xanım əcnəbi də, məşhur da ola bilər…”- Elcan eşq yaşamaq istəyir

07-02-2018


Aktyor Elcan Rəsulov MUZ TV Azərbaycan kanalına şəxsi həyatı ilə bağlı özəl açıqlama verib.

Muztv.az xəbər verir ki, aktyor öncə arıqlamasının sirrlərindən danışıb:

“Mən həmişə artıq çəkidə olmuşam. Əslində, heç arıq da olmaq istəmirəm. Əvvəllər müəyyən bir çəkim var idi, o formadan çıxmışdım. 10-11 kiloqram artıq idim. Məqsədim odur ki, onu qaytarım”.

Aktyor yaxın illərdə subaylığın daşını atacağını deyib:

“Bir-iki il səbr etdim, mən də evlənəcəm. Həyatımda elə bir xanım yoxdur, düzü, o barədə düşünmürəm də. Qarşıma nə zaman sevdiyim xanım çıxsa evlənəcəm”.

Aktyor evlilik mövzusunda ailəsinin onu məcbur etməyini də etiraf edib:

“Düzü, evdən də məni məcbur etmirlər. Anam da deyir ki, tələsmə. Biz tərəflərdə belədir ki, ailə ömür-gündür (gülür). Doğru seçim olmalıdır. Ona görə də o qəti qərarı vermək üçün mənə müəyyən vaxt lazımdır. Hətta bəyənəcəyim xanım qısa müddətdə də qarşıma çıxsa, toya hazırlaşmaq üşün vaxt keçməlidir”.

Elcanın bu açıqlaması onu sevənlərin ürəyincə olacaq:

“Həmin xanım tanınmış da, xarici vətəndaş da ola bilər. Elə bir qadağam yoxdur”.

Xatırladaq ki, Elcan Rəsulov bir sıra yerli film və seriallarda rol alıb. O, hazırda “Ər və arvad” serialında çəkilir.

Bununla bağlı süjetə fevralın 7-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva

923 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti