Lalə Məmmədova "heç kimə möhtac olmayaq" dedi və ən böyük arzusunu açıqladı

Əməkdar Artist Lalə Məmmədova MUZ TV Azərbaycan kanalına özəl müsahibə verib.
Muztv.az xəbər verir ki, sevilən sənətçi ən böyük arzusunu dilə gətirib:
“Çox istəyirəm ki, cəmiyyətdən kənar düşən, fiziki qüsurlu insanların cəmiyyətə yenidən qatılsın. Onlarla bağlı yaradılan şəraiti görəndə çox sevinirəm. Avropada görmüşəm ki, konsertlər və tamaşalar olanda ilk olaraq onlara dəvətnamələr göndərilir. Başqa bir arzum isə ailəmlə bağlıdır. Onları hər zaman yanımda sağ-salamat xoşbəxt görmək arzusundayam. Heç kimə möhtac olmayaq”.
Lalə konsert ərsəyə gətirməyin elə də asan olmadığını dilə gətirib:
“Klip, konsert barədə danışmaq çox məsuliyyətlidir. Sənətçi bir konserti ərsəyə gətirmək üçün çox əziyyət çəkir. Heç bir il olmaz ki, konsert vermişəm. Niyazi adına 80 nəfərlik orekestrlə canlı çıxış etmək elə də asan deyil. Hesab edirəm ki, məhz o konsertdən sonra ondan geri qalmayacaq, heç olmasa onun səviyyəsində bir konsert verməliyəm. İnşallah, baş tutar”.
Xatırladaq ki, L.Məmmədova ötən ilin may ayında solo konsert vermişdi.
Bununla bağlı süjetə fevralın 6-da saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Lamiyə Balacayeva
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
