Çinarə populyar həmkarı ilə duet oxumaq istəmədi: “Kölgəsində qalmayım”- eksklüziv

Gənc müğənni Çinarə Bəkirova MUZ TV Azərbaycan kanalına sənətindənki yeniliklər barədə danışıb.
Muztv.az xəbər verir ki, ifaçı bu il pərəstişkarlarına sürprizlər yaşadacağını deyib:
“Bu il sürprizlər var. Təkliflər almışam, dəyərləndirirəm. Yeni mahnılar var. Aranjiman işləri gedir. “Sevgi nəğməsi” adlı yeni ifam tədqim edəcəyəm. Musiqisi və sözləri Elçin Cəfərova aiddir. Arajimanını isə Tərlan edib. Klip düşüncəmiz də var. Bəlkə heç bəyənmədilər, sosial şəbəkələrdə sevilsə klip də çəkiləcək”.
Çinarə duet ifa etmək arzusunu da dilə gətirib:
“Bəy yox, istəyirəm xanım həmkarımla duet ifa edim. Hələlik fikirləşirəm. Rok, caz janrında ifa edirəm, tanınmayan biri ilə işləmək istəyirəm. Mən o insanın kölgəsi altında qalmamaq üçün populyar insan istəmirəm. Təklifim elə bir insana olsun ki, uğurlu iş alınsın”.
Aktrisa kimi özünü sınayan müğənni bu barədə fikirlərini belə ifadə edib:
“Aktrisa, diktor kimi özümü sınamışam. Bəzən məni aktrisa kimi təqdim edirlər. İstəmirəm aktrisa kimi gündəmdə qalım. Peşəm müğənnilikdir”.
Bununla bağlı süjetə fevralın 3-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz.
Günel Əliyeva
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
