Müğənni məhkəməyə müraciət edib
Seda Sayanı izləyicilər çox bəyənib
Beyons vergidən yayınmaqda ittiham olunur
Bloger və gimnast “qara siyahı”ya salınıb

Facebook instagram Twitter Youtube
EKSKLÜZİV

Fəxri mükafatlara layiq görülən Roza Zərgərli "Sibir çiçəyi” romanını yenə təqdim etdi - özəl

02-02-2018


Müğənni Roza Zərgərli iki ildir işıq üzü görən “Sibir çiçəyi” romanına yenidən təqdimat mərasimi keçirib.

Muztv.az xəbər verir ki, mərasimdə bir sıra ziyalı insanlar iştirak edib və müəllif mükafata layiq görülüb.

MUZ TV Azərbaycan kanalına təəssüratlarını bölüşən ifaçı sevincli olduğunu bildirib:

“Kitab təqdimatım oldu. Bolqarıstan Respublikasından bizim vətənimizə iki görkəmli şəxsiyyət gəlmişdi. Hər ikisi məni böyük mükafatla təltif etdilər. İnşallah tamaşaçılarımız da bir müddət sonra həmin görüntüləri görəcəklər. Fəxri medal və fəxri diploma layiq görüldüm. "Sibir çiçəyi” romanının müəllifi mənəm. Artıq iki ildir satışdadır. Bir neçə dəfə adi insanlar üçün qapalı şəkildə imza günləri təşkil olunub. Son imza gününü isə media da işıqlandırdı. Ziyalı insanlar iştirak etdi. Hər kəs məmnun idi, kitabım haqqında gözəl sözlər dedilər. Bu, mənim üçün qürurverici idi”.

Roza Zərgərli yeni mahnısının hit olacağını da iddia edib:

“Sənsiz olmur” adlı yeni mahnım var. Bəstə Xanım İsmayılqızına aiddir. Bu mahnımı çox sevirəm, möhtəşəmdir. Tamaşaçıların da sevdiyini görəndə düşünürəm ki, tezliklə hit olacaq”.  

Xatırladaq ki, Roza Zərgərli sözügedən romanını müxtəlif dillərdə tərcümə etdirəcək.

Bununla bağlı süjetə fevralın 1-də saat 19:00-da MUZ TV Azərbaycan kanalında efirə gedəcək “Muz Life” verilişində baxa bilərsiniz. 

Lamiyə Balacayeva

877 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti